24 Oktyabr 2014 09:50
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Abşeron rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb. 1992-ci il təvəllüdlü Hümbət Nağızadə anası, 1971-ci il təvəllüdlü Fatimə Qurbanovanı boğaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, Fatimə Qurbanovanın başqa-başqa kişilərlə könül əyləncəsi keçiriməsini bilən 22 yaşlı oğlan bu barədə anasına iradını bildirib. Dəfələrlə anasına yüngül həyat tərzi keçirməsi barədə yoldan əl çəkməsini tələb etsə də, qadın oğlunun dediklərinə məhəl qoymayıb. Sonuncu dəfə də ana və oğlu arasənda bu barədə mübahisə olub. Mübahisə zamanı 22 yaşlı oğlan anadını boğub.

Xırdalan şəhərində anasını namus üstündə boğan Hümbət Nağızadə istintaqa ifadə verib. O, ifadəsində deyib ki, bir neçə ildir Azərbaycanda yaşamayıb. Sankt-Peterburqda yaşadığını deyən Hümbət Nağızadə iki ay əvvəl Azərbaycana gəlib.

O, ifadəsində əlavə edib ki, özündən kiçik olan qardaşı anasının pis yola düşdüyünün deyib. Onun sözlərinə görə, bununla bağlı bir neçə dəfə anası ilə mübahisələri olub. Sonda da anasını boğaraq öldürüb. O, ifadəsində anasının pis yola düşmədiyini, kiçik qardaşının ona yanlış məlumat verdiyini deyib. O, törətdiyi əməldən peşman olduğunun bildirib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü ((xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Istintaq hərəkətləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər