24 Oktyabr 2014 10:22
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Sumqayıt şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Təranə Balamiyeva özünü yaşadığı evdə asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən tapılıb. Qadının intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər