Gəncə şəhərində barəsində cinayət işi başlanan Asəf Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Kəpəz rayon Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Zaur Hüseynovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Asəf Həsənovun koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Buna baxmayaraq, o, evdə müalicə olmaq tapşırılsa da, küçəyə çıxıb, karantin qaydalarını kobud şəkildə pozub.
İstintaq orqanı tərəfindən Muxtar Hacalıyevin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.