Bakının Xətai rayonunda 15 yaşlı qızı ölümündə təqsirli bilinən sürücü həbs edilib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, sentyabrın 13-ü saat 21 radələrində S.Ə.Şirvani küçəsində naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub və o, xəstəxanaya yerləşdirilib.
Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Thəminə Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi “Daewoo” markalı avtobusla birlikdə tutulub.
Hacı Zeynalov