24 Oktyabr 2014 16:05
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dostunu öldürməkdə təqsirli bilinən Yusif Ələkbərzadənin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dostunu öldürən Yusif Ələkbərzadəyə hökm oxunub. Məhkəmənin hökmü ilə Yusif Ələkbərzadə 9 il müddətinə azadlıqdan məhrum edilib.

13:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Yusif Ələkbərzadənin cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, Yusif Ələkbərzadə bu ilin iyunun 5-də Bakıxanov qəsəbəsində-96 saylı məktəbin həyətində dostu, 1992-ci il təvəllüdlü Elçin Abbasovu bıçaqlayaraq qətlə yetirib.

İstintaq zamanı 21 yaşlı Yusif Ələkbərzadənin dostu 22 yaşlı Elçin Abbasovun köynəyə görə qətlə yetirib. Hadisə baş verən günü Yusif Ələkbərzadə dostundan köynək istəyib. Lakin Elçin köynəyini Yusifə verməkdən imtina edib. Elə bunun üstündə onlar arasında mübahisə düşüb. Söhbəti 96 saylı məktəbin həyətində davam etdirmək üçün görüş təyin ediblər. Aralarında yaranan mübahisə zəminində Yusif dostu Elçini bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən qaçıb. Buna baxmayaraq polis onu hadisədən bir gün sonra həbs edə bilib.

Yusif Ələkbərzadə Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsidir. Elçin Abbasov isə tibb avadanlıqlarının satışı ilə məşğul olurmuş.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Yusif Ələkbərzadənin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında təqsirləndirilən şəxsin vəkilinin çıxışı ilə davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər