4 Fevral 2021 17:06
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Həcər Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Həcər Məmmədova “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

İstintaq orqanı tərəfindən Anar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov