Bakının Binəqədi rayonunda ağır yol qəzası törədən sürücü həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Tural Bağırovun xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “Nissan” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Polat Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov