24 Oktyabr 2014 15:40
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən İlkin Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2013-cü il dekabrın 8-də, saat 16.00 radələrində Elmlər Akademiyası metrostansiyasında 18 yaşlı İlkin Bayramov Nərgiz Zeynalovanın əl çantasından 54 manat, 50 ABŞ dolları və şəxsi sənədlərini oğurlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində İlkin Bayramov tutulub.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İlkin Bayramov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər