9 Fevral 2021 15:31
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi Sücayət Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Sücayət Ələkbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, poçt şöbəsində audit yoxlaması zamanı kassada 25 398 manat və 16 000 ABŞ dolları məbləğində, ümumilikdə 52 598 manat pul vəsaitinin çatışmadığı aşkar edilib.

İstintaq orqanı tərəfindən sücayət Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıq) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər