10 Fevral 2021 15:30
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan iclasda hazırlıq iclasında prokuror vəsatətlə çıxış edib.

Prokuror cinayət işinin baxılmasının Gəncə Ağır Cinayətlər Məhkəməsinə adiyyatı olmadığı qeyd edib. Bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olan cinayət işidir.

Prokuror Lətif Nəbiyevin barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə vəsatət verib.

Hakimlər vəsatəti təmin edib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır.

Belə ki, Lətif Nəbiyev iş düzəltmək adı ilə vətəndaşlara qarşı 100 min manatdan artıq dələduzluq etməkdə təqsirli bilinir.

Lətif Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (vəzifəli şəxsin səalhiyyətlərini mənimsəmə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə Lərif Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər