25 Oktyabr 2014 09:18
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında silahlı hücum nəticəsində 2 polis əməkdaşı həlak olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşları əməliyyat-axtarış təbirləri keçirən zaman naməlum silahlı şəxs şerifin müavinini qətlə yetirib və 2 polis əməkdaşını yaralayıb. Yaralılardan biri xəstəxanada ölüb. Sakramento şəhərində keçirilən əməliyyat zamanı sakinlərə xəbərdarlıq edilib və onlara olduğu yerləri tərk etməmək və evdən çölə çıxmamaq tövsiyə olunub.


Hazırda əməliyyat zamanı qadın və kişi saxlanılıb. Qadının üzərində tapança aşkarlanıb.


Müəllif:

Oxşar xəbərlər