16 Fevral 2021 14:50
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada qətl törətməkdə təqsirləndirilən Məhərrəm İmanquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Səbuhi Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə ötən il oktyabrın 31-də saat 21.00 radələrində Quba rayonunda baş verib.

Rayonun Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Zeynəb İmanquliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin atası Məhərrəm İmanquliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər