25 Oktyabr 2014 13:25
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda şadlıq evlərindən birinin qarşısında kütləvi dava baş verib.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Prokurorluğundan məlumat verilib.

Mıəlumata görə, hadisə rayonun Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən “Xəzri” sadlıq sarayının qarşısında qeydə alınıb. Qobustan qəsəbə sakinləri, 1960-cı il təvəllüdlü Azər Veysəlov və oğlu, 1988-ci il təvəllüdlü Nəcəf bir neçə nəfərlə mübahisə ediblər. Onların mübahisəsi kütləvi dava ilə nəticələnib. Dava zamanı tərəflər bir-birlərini döyüblər.

Hadisə yerinə Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Zahir Qiyasov, Polis Patrul Xidmətinin polis serjantları Anar Azayev, Sahil Süleymanlı və Ramin Abbasov gəliblər. Polis əməkdaşları tərəflərə sakit olmaları barədə xəbərdarlıq etsələr də, tərəflər buna məhəl qoymayıb. Onlar polis əməkdaşların da müqavimət göstəriblər. Hadisə zamanı polis əməkdfaşlarından birinin forması cırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər