25 Oktyabr 2014 13:41
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ailə münaqişəsi zəminində cinayət hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Çobanzadə küçəsi 2405 məhəllədə qeydə alınıb. Həmin məhəllədə yerləşən “Ay işığı” şadlıq sarayında kişi arvadını döyüb.

Bakı şəhər sakinləri 1985-ci il təvəllüdlü Fuad Kərimli xuliqanlıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aytəni döyərək, ona xəsarət yetirib. Hadisə zamanı Fuad Kərimli sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər