25 Oktyabr 2014 14:11
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Kəlbəcər rayon sakini Qurban Məhəmmədli şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Teleqraf.com-a verilən məlumata görə, Qurban Məmmədli rayon Polis Şöbəsinə aparılıb və üzərinə baxış zamanı 88 ədəd açar və 27 ədəd yaddaş kartı götürülüb.

Qurban Məhəmmədlinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, cari ilin aprel - iyul ayları ərzində Tərtər şəhər İcra Nümayəndəliyinin inzibati binasında yerləşən rayon qeydiyyat şöbəsinin işçisi Elşən Quliyevin xidməti otağından 80 manat, yaddaş kartı, rayon Peşə Məktəbinin direktoru Faiq Məmmədovun xidməti otağından 500 manat, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin işçisi Nazim Səfərovun xidməti otağından 330 manat və yaddaş kartı oğurlaması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər