Xaçmaz rayonunda arvadını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Rəşidov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, hadisə ötən il avqustun 10-u saat 14 radələrində Xaçmaz rayonu ərazisində baş verib.
Rayon sakini Raisa Rəşidovanın aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə məlumat daxil olub.
Xaçmaz rayon Prokurorluğunda aparılan istintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Rəşad Rəşidovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adamöldürmə) maddəsi ilə ittiham elan edilib.