21 Fevral 2021 15:57
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan daha iki nəfərin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakının Xəzər rayonunda infeksiyanın yayılmasında təqsirli bilinən Firuz Hüseynovun cinayət işi baxılması üçün həmin rayon məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Tərlan Əkbərovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Bundan başqa, eyni ittihamla təqsirli bilinən Rəşad Əhmədovun cinayət işi də baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunmayıb.

İttihama görə, hər iki təqsirləndirilən şəxsə “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov