Zambiyanın cənubunda bərənin qəzaya uğraması nəticəsində 26 nəfər batıb.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti uşaqlardır.
Faciənin Kariba gölündə baş verdiyi bildirilir.
İlkin versiyaya əsasən, gəmi həddindən artıq yüklənmə səbəbindən batıb. Xilasedici əməliyyata polis və hərbi qulluqçular cəlb olunub.