Şəmkir şəhəri Füzuli Hüseynov küçəsində beşmərtəbəli binanın beşinci mərtəbəsində iki azyaşlı bağlı qapılar arxasında qalıb. Ev sahibi Fuad Bəhmanov hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarına məlumat verib.
Teleqraf.com-un məlumatına görə, Əraziyə cəlb olunan Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerində şəraiti qiymətləndirirək müvafiq tədbirlər həyata keçiriblər. Xilasedicilər xüsusi alət və vasitələrdən istifadə etməklə pəncərədən içəri daxil olub.
Qısa zaman kəsiyində ev sahibinin övladları 2 yaşlı Həsən və 1 yaşlı Hüseyn Bəhmanov bağlı qapılı arxasından çıxarılaraq ailəsinə təhvil verilib.