Rusiyada dəhşətli qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nijeqorod vilayətinin Kudma kəndində bir ailənin üzvləri - kişi, iki qadın və azyaşlı uşaq işgəncə ilə öldürülüb.
Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.