3 Mart 2021 09:40
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda qayınatasını qətlə yetirməkdə ittiham olunan 22 yaşlı Ayxan Hüseynəliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən ilin avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirilməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Ayxan Hüseynəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İlkin istintaqa ifadə verən Ayxan Hüseynəliyev törətdiyi əməli etiraf edib.

Məlum olub ki, Ayxan Hüseynəliyev hadisədən iki ay əvvəl qayınatası və onun ailəsi arasında münaqişə yaranıb.

Mərhum Xalıq Bağırovun qızı Aygün Hüseynəliyeva 3 il əvvəl Ayxan Hüseynəliyevlə ailə həyatı qurub. Qadın iddia edib ki, həyat yoldaşı onu tez-tez döydüyünə görə hadisədən 2 ay əvvəl atasının evinə gəlib. O, hətta boşanmaq üçün məhkəməyə də müraciət edib.

Ayxan Hüseynov isə qayınatasının onun ailəsini dağıtmaqda günahlandırıb və buna görə də qanlı cinayəti törədib.

İstintaq orqanı tərəfindən Ayxan Hüseynəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər