27 Oktyabr 2014 10:33
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində insan alverində təqsirli bilinən Şəki şəhər sakini Nərgiz Səmədovanın apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Nərgiz Səmədova Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. Onun qadınları cinsi istismar məqsədi ilə Türkiyəyə göndərməsi müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Səmədova 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nərgiz Səmədova apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nərgiz Səmədovanın apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 2 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər