3 Mart 2021 22:12
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə General Məhəmməd Əsədov küçəsi, 21 saylı evdə baş verib. Belə ki, Əliqismət Vidadi oğlu Hüseynov ailə-manaqişəsi zəminində atası, 49 yaşlı Vidadi Tavar oğlu Hüseynovu bıçaqlayıb.

Yaralı yaxınlarının köməyi ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V. Hüseynova döş qəfəsinin sol tərəfinin yan səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.

Hadisəni törədən Ə.Hüseynovun psixoloji problemləri olduğu və bir neçə il məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər