4 Mart 2021 12:26
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda koronovirus infeksiyasını yaymaqda ittiham olunan Emin Cəfərquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün Sevinc Quliyevanın icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar.

İstintaq orqanı tərəfindən Emin Cəfərquliyevun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər