4 Mart 2021 16:26
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

1980-cı il təvəllüdlü İran vətəndaşı Kazemzadehbağhbanı Hamıd Ahmadın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Kazemzadehbağhbanı Hamıd Ahmad Təbriz şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artiq miqdarda - 29 ədəd buprenorfin həbi və 15 ədəd buprenorfin həbinin qırıntılarını əldə edib.

O, həmin həblərdən 20-sini şəffaf sellofan paketdə qablaşdıraraq əl çantasına qoyub və idarə etdiyi “Dong Feng” markalı yük avtomobilin kabinində yataq yerinin üzərində, qalan 9 ədəd bütöv,15 ədəd həb qırıntısını şəffaf plastik qutuya qablaşdıraraq əynindəki gödəkçənin cibində yerləşdirib.

O, 17 fevral 2020-ci il tarixdə saat 16 radələrində Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda saxlanılıb.

İstintaq orqanı tərəfindən Kazemzadehbağhbanı Hamıd Ahmadin barəsində Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.

Biləsuvar rayon Məhkəməsinin hökmü ilə Kazemzadehbağhbanı Hamıd Ahmad 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, göstərib ki, məhkəmə hökmünün cəza hissəsi ilə razı deyil.

Kazemzadehbağhbanı Hamıd Ahmad elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. Onun sözlərinə görə, İran İslam Respublikasının vətəndaşıdır, himayəsində 70 yaşında qoca və xəstə anası var. Həbsdə olduğundan anasına baxan yoxdur: “Bu səbəbdən anam baxımsız qalıb. Bütün müsəlman övladları kimi anamı son mənzilə çiynimdə aparmaq istəyirəm. Bu istəyimə köməklik göstərilməsi Allaha da xoş olar”.

Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Kazemzadehbağhbanı Hamıd Ahmadin apelyasiya şikayəti qismən təmin olunub. Onun cəzası 2 ilə endirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər