4 Mart 2021 17:00
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etməkdə təqsirli bilinən daha iki nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, karantin qaydalarını kobud şəkildə pozmaqda ittiham olunan Taleh Allahverdiyevin cinayət işi baxılması üçün Gəncənin Nizami rayon Məhkəməsinə göndərilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Bundan başqa, Çingiz Kazımovun da cinayət işi baxılması üçün Gəncənin Nizami rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Zaur Hünmətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

İstintaq orqanı tərəfindən hər iki təqsirli bilinən şəxsin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər