Bu ilin sentyabr ayının 17-dən oktyabr ayınının 22-dək olan müddətdə Bakı şəhər sakini Elman Muradovun “Zamin bank”-a aid bankomat kartından internet vasitəsi ilə 137 manat oğurlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Ceyhun Əsgərov tutulub.
Hacı Zeynalov