Özünün videobloger kimi təqdim edən Ata Abdullayevin ittiham olunduğu maddə məlum olub.
Teleqraf.com xəbər verir ki, istintaq orqanı tərəfindən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Səbail rayon Məhkəməsinin qərarı ilə Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.
O, 6 vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.