Özünün videobloger kimi təqdim edən Ata Abdullayevin apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan iclasda Ata Abdullayevin şikayəti təmin olunmayıb.
Səbail rayon Məhkəməsinin qərarı ilə Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı tərəfindən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.
O, 6 vətəndaşdan hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.