17 Mart 2021 16:34
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Çingiz Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Məhərrəm Allahverdiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Çingiz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər