Goranboy rayonunda bıçaqlanma hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, hadisə Dəliməmədli şəhərində qeydə alınıb. Goranboy rayon sakini, 35 yaşlı Azər Şərifov mübahisə zəminində bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Məlumata görə, münaqişəyə tərəflər arasında borc pul üstündə mübahisə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.