Bakının Nəsimi rayonunda soyğunçuluq edən şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bülbül prospektində şəxsiyyəti məlum olmayan 3 nəfər Bakı şəhər sakini Nigar Zərgərlinin çantasını açıq talama yolu ilə almağa cəhd göstərib, paytaxt sakini Məhbubə Əliyevanı isə döyüb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Rasimə Abdullayeva, Məleykə Bəkirova və Gəncə şəhər sakini Gülnarə Abbasova saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov