28 Oktyabr 2014 13:01
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda çobanlara qarşı quldurluq edən mütəşəkkil dəstənin üzvləri həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Qulam Hüseynovun 5 baş qoyununu quldurluq yolu ilə almış Qazax rayon sakinləri Tural Hüseynov və Qulu Musayev tutulub, Sumayıt şəhər sakini İlqar Hacıbalayev və Alik adlı şəxs müəyyən ediliblər.

Tural Hüseynovun və Qulu Musayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların İlqar Hacıbalayevlə birgə oktyabrın 27-də başqa bir cinayət törətmələri müəyyən edilib. Onlar həmin gün Salyan rayonunun Çuxanlı kəndində rayon sakini Hatəm Əsgərova məxsus fermaya “Mitshubishi” markalı avtomobildə gəliblər. Orada fəhlə işləyən Qadir Süleymanovu bıçaqla hədələyərək əl-qolunu bağlayıblar və daha sonra onun mobil telefonununu alıblar, fermadan 4 baş qoyun aparıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər