28 Oktyabr 2014 13:50
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1991-ci təvəllüdlü, Quba rayon sakini Qafar Ağazadənin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Qafar Ağazadə bu ilin mayın 22-də Quba rayonun Barlı kəndində həmyaşıdı İlqar Babayevi bıçaqlayaraq öldürüb. Qafar Ağazadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə noyabrın 4-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər