28 Oktyabr 2014 14:44
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi törədənlər həbs edilib.

Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində Bakı şəhər sakini Azad Salahov soyğunçuluqla üzləşib. Naməlum şəxslər Azad Salahovun 300 manatını və mobil telefonunu alıblar.

Azad Salahov soyğunçuluqla üzləşməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Orxan Səmədov və Ayxan Məmmədov tutulublar. Hər iki şəxsin əvvəllər məhkumluq həyatı yaşaması məlum olub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər