28 Oktyabr 2014 15:22
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Balakən rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Tülü kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Akif Bayramov naməlum şəraitdə bıçaqlanıb. O, qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə Balakən rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Akif Bayramovun üzərində cərrahiyə əməliyyatı aparılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olduğu bildirilir. Xəstə özünə gəlmədiyi üçün dindirmək mümkün olmayıb. Bu səbəbdən də cinayətin kimin tərəfindən, hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər