Bakının Binəqədi rayonunda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də rayon ərazisində bir avtomobildən içərisində 2015 manat və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə saxlanılıb.
Bundan başqa, Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da rayon ərazisində bir avtomobildən 1500 manat pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini V.Şahbazov tutulub.
Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakı şəhər sakini T.Məmmədovanı hədələyərək 4000 manat pulunu almaqda şübhəli bilinən Masallı rayon sakini H.Rzayev həbs olunub.
Suraxanı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Dadaşov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin və tramadol həbi aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Əmircan qəsəbəsindəki evinə baxış zamanı oradan 1 kiloqramdan artıq heroin götürülüb.