31 Mart 2021 16:50
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qadını qətlə yetirməkdə ittiham olunan Rəsul Quluzadə, Fərid Axundov və Heydər Nəsirlinin barəsində olan cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilı baş tutan iclasda hökm oxunub.

Farid Axundov 18 il, Heydər Nəsirli və Rəsul Quluzadə isə hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2019-cu ilin sentyabrın 23-də Yasamal rayonun Yeni Yasamal-1 yaşayış massivində yerləşən 2 saylı evin 11-ci mənzilində yaşayan 1970-ci il təvəllüdlü Maya Kərimovanın üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyiti aşkar edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs – 1987-ci il təvəllüdlü Farid Axundov, 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadə tərəfindən tamah niyyəti ilə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar tutularaq istintaqa cəlb olunublar.

Aparılmış istintaq hərəkətləri nəticəsində mərhumun evindən götürülmüş pul və qızıl-zinət əşyaları F.Axundovun yaşadığı mənzildə aşkar edilərək maddi sübut kimi götürülüb.

İstintaq orqanı tərəfindən Farid Axundov, Heydər Nəsirli və Rəsul Quluzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər