29 Oktyabr 2014 03:17
3 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kocaeli bölgəsinin Gölcük rayonunda yaşlı bir adamın silahla başına 3 dəfə atəş açaraq öldürdüyü adamın öz nəvəsi olduğu müəyyən edilib.

Teleqraf.com-un "Sabah"a istinadən məlumatına görə, Gölcük mahalında nəvəsi Erbil Aygün (32 yaş) ilə qarşılaşan baba Əhməd K. (84 yaş) silahına əl ataraq nəvəsinə 3 dəfə atəş açıb. Başına 3 güllə dəyən və qan içində qalan Erbil Aygün yerə yıxılıb. Silah səsləri eşidən ətrafdakı vətəndaşlar vəziyyət barədə polis və təcili yardıma xəbər verib.

Hadisə yerinə gələn təcili yardım briqadası Aygünün öldüyünü məyyən edib. Polis isə ətraflı araşdırma aparıb və hadisədən sonra bölgəni tərk etməyən Əhməd K.-nı həbs edib.

Əhməd K. nəzarət altına alınarkən Erbil Aygünün daha əvvəl dayısı Orhan K.-nı silahla yaraladığı və bir müddət əvvəl Düzcədən Gölcüyə gələrək dayısı və ailəsini narahat etdiyi öyrənilib. Əhməd K.-nın nəvəsi Aygünün bu hərəkətinə əsəbləşərək onu öldürdüyü iddia edilir. Ölən Aygün haqqında dayısı Orhan K. və ailəsindən uzaq durmaq haqqında məhkəmə qərarı olduğu məyyən edilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər