29 Oktyabr 2014 06:51
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə Bakının Xətai rayonu ərazisində iki nəfər bıçaqlanıb.

Teleqraf.com-un məlumatına görə, hadisə Süleyman Vəzirov küçəsi, 41 ünvanında qeydə alınıb. Şabran rayon sakinləri - 24 yaşlı Təhməz Məcidov və onun dostu, 22 yaşlı Sevdi Cumayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Məlumata görə, yaralı dostları yoldan keçən bir nəfər görüb və xəstəxanaya da o çatdırıb. T.Məcidov və S.Cumayevi bıçaqlayan şəxslər isə hadisə yerini tərk ediblər. Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Bölməsinin əməkdaşları məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Çox keçmədən hadisəni törətməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. Bunlar Şabran rayon sakinləri - 22 yaşlı Əfrail Teyyub oğlu Nurəddinov və 21 yaşlı Səxavət Teyyub oğlu Nurəddinovdur.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər