29 Oktyabr 2014 10:53
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1992-c i il təvəllüdlü Şirvani Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2013-cü ilin iyunun 27-də Xətai rayonu ərazisində Mingəçevir şəhər sakini Şirvani Əhmədov münaqişə zəminində külünglə Cəlilabad rayon sakinləri Samir Babayev və Nicat Cavayevi bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq Nicat orada ölüb.

Məhkəmənin hökmü ilə Şirvani Əhmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər