Bakının Xətai rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Bakı şəhər sakinləri Elşad Kərimov, Ömər Cəbrayılzadə və Anar Süleymanov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər.
Xəstəxanada Elşad Kərimov ölüb, Ömər Cəbrayılzadənin və Anar Süleymanovun vəziyyətləri qənaətbəxşdir.
Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Göranboy rayon sakini Orxan Abdullayev tutulub.
Hacı Zeynalov