Bakının Nizami rayonunda ağır yol qəzası törədən sürücü həbs edilib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini İntiqam Ajidi tutulub. Onun idarə etdiyi “ZAZ” (“Zaporojets”) markalı avtomobillə iyunun 19-da Xəyal Süleymanovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov