11 Aprel 2021 21:09
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənstanın paytaxtı Yerevanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin general-leytenantının qızının meyiti aşkarlanıb.

Bu barədə Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, bu gün saat 17:40-da paytaxtın Kanaker-Zeytun rayonunun polis bölməsinə David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat daxil olub.

Hadisə yerinə şöbə rəisinin rəhbərliyi ilə Kanaker-Zeytun polisinin bölməsinin operativ qrupu, həmçinin Ermənistanın İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin istintaq qrupu cəlb edilib.

Polislər eyvanda 40 yaşlı qadının meyitini aşkarlayıblar. Onun adı açıqlanmır. Meyitin yanında tapança da aşkar edilib.

Jurnalist Qaqik Şamşyan bildirib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.

Qeyd edilir ki, tapança atasına məxsus olub və hədiyyə imiş. Onun ölümünün intihar və ya bədbəxt hadisə olması ekspertizadan sonra aydın olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər