Boliviyanın İçoa çayında 8 məktəbli boğularaq ölüb.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, çayda çimən 17 yaşlı yeniyetmələri güclü axın aparıb.
Romada səfərdə olan Boliviyanın prezidenti Evo Morales yerli icra orqanlarına ölənlərin dəfninin təşkili üçün tapşırıq verib.