30 Oktyabr 2014 09:58
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qaçaqmalçılıqda ittiham olunan Azərbaycan vətəndaşları Elşad Atakişiyev və Pərviz Səfərovun apelyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayəti qismən təmin edilib və onların cəzası 5 ilə endirilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunublar. Onlar xarici ölkədə telefon nömrələri alaraq Azərbaycana gətiriblər. Hər iki şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər