30 Oktyabr 2014 12:25
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda mebel mağazasına basqın edən şəxslər həbs edilib. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Yevlax rayon sakinləri Rəhman Məmmədov, Muxtar Rəhimov və Cəbrayıl rayon sakini Samir Yadigarov tutulublar.

Araşdırmalarla müəyyən edilib ki, onlar aprelin 30-da Z.Bünyadov prospekti 2096-cı məhəllədə yerləşən mebel mağazasına aldatma yolu ilə daxil olub, gözətçinin əlini və ağzını bağlayıb, mağazanın müdirinin iş otağının qapısını sındıraraq, oradan içərisində 20000 manat olan seyfi, kompyuter və salondakı nəzarət kamera sisteminin yaddaş kartını götürüb “Mercedes” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, hadisə aprelin 30-da, saat 05.00-da baş verib. Rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasına 3 nəfər naməlum şəxs gəlib. Onlar gözətçini aldadaraq içəri daxil olublar. Həmin şəxslər mağazaya gözətçi İbrahim Quliyevin əllərini və ağızını yapışqanlı lentlə bağlayıblar və oranın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüblər. Seyfi götürən şəxslər “Mercedes” markalı avtomobildə hadisə yerindən qaçıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər