30 Oktyabr 2014 13:18
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda ərzaq mağazası yandırılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Aşağı Bucaq kəndində qeydə alınıb. Kənd sakini Elnur Kərimova məxsus mağazada yanğın baş verib. Nəticədə 12 kvm. sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanıb.

Yevlax rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tərəfindən ərzaq məhsulları oğurlanması və sonradan yandırılması müəyyən edilib. Onlar tutulublar.

Asif Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: