24 Aprel 2021 10:50
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib.

Araşdırmalar zamanı oradan 1 ədəd alışqanı ilə birlikdə “RQH-D”, 1 ədəd “F-1”, qumbaraları və 102 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər