30 Oktyabr 2014 15:21
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini bıçaqlayan Xaçmaz rayon sakini Əlipaşa Əlipaşayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əlipaşa Əlipaşayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əlipaşa Əlipaşayev həmyerlisi Tural Novruzəliyevi bıçaqlayıb. Hadisə Xaçmaz rayonunda baş verib. Əlipaşa Əlipaşayev Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər